Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:20

Qərb bölgəsində soya və çuğunduru öyrənəcəklər


Şəkər çuğunduru sahəsi
Şəkər çuğunduru sahəsi
-
Qərb bölgəsində soya və çuğundur bitkisi tədqiq olunacaq.

Bu barədə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru Həsənəli Aslanov məlumat verib. Onun sözlərinə görə, bu səbəbdən İnstitutda yeni «Texniki bitkilərin aqrotexnologiyası» şöbəsi fəaliyyətə başlayıb.

Bildirilir ki, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı atılan addımlar bu bitkilərə marağı artırıb. Çuğundurdan şəkər, soyadan isə yağ alınır.

H. Aslanov deyir ki, bu bitkilər üzərində aparılan tədqiqat nəticəsində səmərəli istifadə yolları öyrəniləcək. Tədqiqat işlərinə artıq start verilib.
XS
SM
MD
LG