Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:43
-

Türk yazıçısı Orxan Pamukun "Səssiz ev" romanı Britaniyanın nüfuzlu kitab mükafatının uzun siyahısına düşüb.

Bu, "Independent" qəzetinin "Foreign Fiction Prize" mükafatıdır ("Əcnəbi yazıçının nəsr əsərinə görə mükafat")

Mükafata iddia etmək üçün əsər başqa dildən ingiliscəyə çevrilib Britaniyada çap edilmiş olmalıdır.

"Səssiz ev"dən başqa siyahıda daha 15 əsər var.

Pamuk artıq bir dəfə bu mükafatı alıb - 1990-cı ildə, "Bəyaz qala" romanına görə.

Münasiflər hetəyində başqa bir ünlü türk yazarı Elif Şafak da təmsil olunur.

Qısa siyahı apreldə, qalib isə mayda elan ediləcək.

"Lonq list"dəki başqa yazarların əsərləri:

Gerbrand Bakker, “Ten White Geese,”
Chris Barnard. “Bundu,”
Laurent Binet. “HHhH,”
Dasa Drndic. “Trieste,”
Pawel Huelle. “Cold Sea Stories,”
Pia Juul. “Murder of Halland,”
Ismail Kadare. “The Fall of the Stone City,”
Khaled Khalifa. “In Praise of Hatred,”
Karl Ove Knausgaard. “A Death in the Family,”
Laszlo Krasznahorkai. “Satantango,”
Alain Mabanckou. “Black Bazaar,”
Diego Marani. “The Last of the Vostyachs,”
Andrés Neuman. “Traveler of the Century,”
Juan Gabriel Vásquez. “The Sound of Things Falling”
Enrique Vila-Matas. “Dublinesque.”


Pamukun "Səssiz ev"i bu il yanvarın əvvəlində «Asiya Bukeri» adlandırılan «The Man Asian Literary Prize»ın da qısa siyahısına düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG