Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:10


Azərbaycanda sürücülərin daha çox istifadə etdiyi avtomobillərin siyahısı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycanda ən çox sürülən avtomobil «VAZ» markalı avtomobillərdir. Hazırda Azərbaycanda 430 mindən yuxarı «VAZ» markalı avtomobildən istifadə olunur.

İkinci yeri «Mercedes» markalı avtomobillər tutur. Belə ki, Azərbaycanda 160 min «Mercedes» markalı avtomobil sürülür.

Üçüncü yerdə isə «Hyundai» markalı avtomobillər durur. Azərbaycanda 50 minə yaxın sürücü bu markadan istifadə edir. Sonrakı dördüncü yeri (20 mindən çox) isə BMW markalı avtomobil tutur .

Hazırda Azərbaycanda ümumilikdə 1 milyon 160 min avtomobil mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG