Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37
-

Bakının əsas küçə və prospektlərində böyük tıxaclar yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə martın 5-i səhər saatlarında Babək prospekti və Heydər Əliyev prospektinin kəsişməsində, Heydər Əliyev prospektində, Afiyəddin Cəlilov və Yusif Səfərov küçəsinin kəsişməsində, Yusif Səfərov küçəsində, Tbilisi prospektində, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Koroğlu Rəhimov, Təbriz, Fətəli xan Xoyski küçələrində, «Nərimanov» metro stansiyasından «Gənclik» metro stansiyası istiqamətində böyük tıxaclar yaranıb.

Tıxacların yaranmasına H. Əliyev prospektində «Şəfa» stadionun qarşısında təmir işləri və Koroğlu Rəhimov küçəsi ilə Fətəli xan Xoyski küçələrində işıqforun işləməməsi səbəb olub.

V. Əsədov həmçinin bildirib ki, tıxacların yaranmasında digər səbəb sürücülərin işıqforla tənzimlənən yolayrıcılarını düzgün keçməməsidir.

Yolayrıcını düzgün keçməyən sürücülər kameralar vasitəsilə aşkar olunaraq barələrində cəza tədbirləri görüləcək və onlar haqqında fotomaterial hazırlanacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG