Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:24
Forbes jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını hazırlayıb. Birinci yerdə yenə meksikalı Carlos Slimdir. 73 yaşlı Slimin 73 milyard dollarlıq var-dövləti var.

İkinci yerdə 57 yaşlı Bill Gatesdir- 67 milyard.

Son 14 ildə ilk dəfədir ki, məşhur amerikalı maliyyəçi Buffet birinci 3-lüyə düşməyib.
Onun yerinə, üçüncü yerdə Amancio Ortegadır- 57 milyard.
Zara paltar satışı şəbəkəsinin sahibi Ortega bir ildə ən çox qazanan adamdır – o, bir ilə 19,5 milyard qazanıb.

Forbes jurnalının 2013-cü il milyarderləri siyahısında 1426 adamın adı var. Keçən illə müqayisədə əlavə 210 adam milyarder olub.

Milyarderlərin 442-si ABŞ-dadır, Asiyada 386, Avropada 366, Mərkəzi və Cənubi Amerikada 129, Yaxın Şərqdə və Afrikada 103 milyarder var.

Rusiyada 110 milyarder var. Azərbaycanlı milyarder , Lukoil neft şirkətinin prezidenti Vaqit Ələkbərov 14,8 milyardla dünyada 55-ci yerdədir.

Aras Ağalarovun var-dövləti 1,8 milyard dollar qiymətləndirilib. O, dünyada 831-ci yerdədir.

227 gəmisi olan Palmalı şirkətinin sahibi, azərbaycanlı iş adamı Mübariz Qurbanoğlu Türkiyə milyarderləri sırasındadır. Onun var-dövlətini Forbes 1,2 milyard dollar qiymətləndirir.

Mübariz Qurbanoğlu dünyada 1175-ci yerdədir.

Qazaxıstan prezidenti Nazarbayevin qızı Dinara Kulibaeva dünyada 1107-ci yerdədir.
Moskvada Teatr İnstitutunun məzunu Dinara Kulibaevanın 1,3 milyardı var. O, rəsmən Qazaxıstanın 4-cü ən varlı adamıdır.

Şərhləri göstər

XS
SM
MD
LG