Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41

İsveçrə vətəndaşları 2022-ci ilin Qış Olimpiadasından imtina edirlər


Arxiv foto

Arxiv foto

-

İsveçrənin Graubünden kantonunda – federasiya subyektlərindən birində keçirilən referendumda əhali 2022-ci ilin Qış Olimpiya Oyunlarının bu ölkədə keçirilməsinin əleyhinə səs verib. Bu əyalətə Davos və Sent-Moris şəhərləri də daxildir. Bu şəhərlərin özlərində vətəndaşların əksəriyyəti olimpiadanın lehinə səs veriblər. Amma ümumilikdə kanton üzrə səsvermədə əksəriyyət həmin olimpiadanın keçirilməsinə qarşı çıxıb.

Səsverməyə gələn vətəndaşlardan yarıdan çoxu qeyd edib ki, bu yarışlara pul xərcləmək mənasızıdr və üstəlik ekologiyaya da ziyan verir.

Rusiyada məşhur jurnalistlərdən olan Timur Olevski “Dojd” internet televiziyasına bildirib ki, İsveçrənin 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyinə müraciət etməsi üçün belə referendumu keçirməsi zəruridir: “Olimpiadanın keçirilməsini daha çox iqtisadi və turizm dairələri dəstəkləyir. Əleyhdarlar isə görünür, sosialistlər və ekoloqlardır. ”

2022-ci ilin Qış Olimpiadasına iddialı ölkələr həmçinin Norveçin oslo, Polşanın Krakov, Almaniyanın Münhen, Ukraynanın Lvov və İspaniyanın Barselona şəhərləridir. Həmin olimpiadaya hansı şəhərin ev sahibliyi edəcəyi 2015-ci ildə keçirilən seçkidə məlum olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG