Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

Şagirdlər orta məktəbə yeni qaydalarla qəbul olacaq


-
Azərbaycanda şagirdlərin orta məktəblərə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq.

Bu açıqlamanı apa-ya Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə verib.

O bildirib ki, növbəti tədris ilindən etibarən Azərbaycanda şagirdlərin orta məktəblərə qəbulu yeni qaydalar əsasında həyata keçiriləcək:

«Növbəti ildən Təhsil Nazirliyi Azərbaycanın orta ümumtəhsil məktəblərinə şagirdlərin qəbulunu ilk növbədə yaşadığı ərazi üzrə keçirəcək, orta məktəblərə ilk növbədə məktəblərə yaxın ərazilərdə yaşayan şagirdlər qəbul ediləcək. Bunun üçün müəyyən tarix müəyyənləşdiriləcək. Yalnız müəyyən olunan həmin tarixdən sonra məktəbdə boş yerlər qalarsa, digər ərazidə yaşayan şagirdlər də müvafiq orta məktəblərə cəlb olunacaq. Bununla bağlı məktəblərə müvafiq tapşırıqlar veriləcək»

Günün bütün mövzuları

XS
SM
MD
LG