Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:59

Bakıda Əziz Nesinin yeni kitabı çap edildi


-

Sovet dövründə Bakıda "Futbol kralı", "Kor döyüşü" və s. kitabları çap edilmiş ünlü Türk yazarı Əziz Nesinin bu günlərdə latın əlifbası ilə “Damda dəli var” adıyla hekayə toplusu buraxılıb.

Kitab Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) tərcümə ədəbiyyatı layihəsi çərçivəsində çap olunub.

Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, kitabın tərcüməçisi Sevinc Xanqızı, redaktoru Oktay Hacımusalı, naşiri Müşfiq XANdır.

Kitaba daxil olan hekayələr satirik ruhda verilib və oxuculara nəsihət xarakteri də hiss olunur.

Hekayələrdə damdan düşmək istəməyən dəlinin məqsədli işlətdiyi siyasət, siyasətçilərin kəndlilərin səsini qazanmaq üçün cəhdləri, bir-birini məhv etməyə çalışan iki bəyin sürücüləri tərəfindən aldadılması, iş üçün gələn insanların üzərində “zarafat məmulatları”nın yoxlanılması, eləcə də, siyasi həyatda olan münasibətlər təsvir olunub.

Türkiyənin lətifə ədəbiyyatının zirvəsi hesab olunan Əziz Nesinin “Bir məzhəkəçinin xatirələri” adı altında verilən 4 hekayəsində o dövrlərdə teatr həyatında sənətçilərin qarşılaşdığı problemlər, maneələr və çətinliklər öz əksini tapıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG