Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:04

Magistratura imtahanının nəticələri bu günlərdə açıqlanacaq


-
Magistraturaya imtahanın birinci turunun nəticələri 2 gün içərisində açıqlanacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə AzadlıqRadiosuna deyib ki, nəticələrin bu gün bilinib-bilinməyəcəyi dəqiq deyil, amma maksimum martın 5-də imtahanda iştirak etmiş bakalavrlar topladıqları balları biləcəklər.

Elnur Nağızadə martın 3-də keçirilmiş imtahandan 20 bakalavrın xaric edildiyini söyləyib:

«Bunlardan 1-i imtahan zalına telefon keçirməyə cəhd edib. Digərləri isə köçürməyə cəhd, imtahan gedişinə mane olma və imtahan prosesini pozduqlarına görə xaric ediliblər»

İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim etsə də, onlarda 500-dən çoxu imtahana gəlməyib.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.
XS
SM
MD
LG