Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:33
Martın 5-də Sovet lideri İosif Stalinin ölümünün 60 ili tamam olur.

Beynəlxalq Sülh Üzrə Karneqi fondu 4 ölkədə sorğu keçirib ki, Stalin kimi şəxsin rəhbərlik etdiyi ölkədə yaşamaq istərdinizmi?

Sorğu 4 keçmiş Sovet respublikasında keçirilib.

Bunlar Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistandır.

“Stalin kimi şəxsin idarə etdiyi ölkədə yaşamaq istərdinizmi?” sualına Gürcüstanda 13 faiz, Ermənistanda 11 faiz, Azərbaycanda 5 faiz, Rusiyada 5 faiz qətiyyətlə “hə” deyib.

Qəti şəkildə “hə” deməsə də , bunu mümkün sayanlar Rusiyada 33, Azərbaycanda 23, Ermənistanda 16, Gürcüstanda 13 faizdir.

Qəti “yox” deyənlər Ermənistanda 56, Azərbaycanda 51, Gürcüstanda 50, Rusiyada 34 faizdir.

“Bizim xalqların həmişə Stalin kimi liderə ehtiyacı var, gəlsin və qayda-qanun yaratsın” – sual olunub ki, bu fikri düzgün sayırlarmı?

Ermənistanda 24 faiz bu fikirlə tamamilə razıdır.
Tam razılaşanlar Rusiyada və Gürcüstanda hərəyə 10 faiz, Azərbaycanda 7 faizdir.

Tamamilə bu fikirlə razılamayanlar isə Azərbaycanda 50 faiz, Ermənistanda 34 faiz, Gürcüstanda 27 faiz, Rusiyada 25 faizdir.

Karneqi Fondu sorğunun nəticələri haqda yazır ki,
“Rusiyada Stalinin indiki populyarlığı SSRİ dağılan dövr ilə müqayisədə daha yüksəkdir.

Putinin prezidentliyi dövründə Stalinin populyarlığı artıb.

Gənclər arasında Stalinə münasibətdə neytrallıq artır. Bu, xüsusilə Azərbaycandakı gənclərə aiddir.

Azərbaycanda rəyi soruşulan gənclərin 39 faizi bilməyib ki, Stalin kimdir?”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG