Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:41

Əsgərin minaya düşdüyü deyilir


Azərbaycan Ordusunun əsgərinin minaya düşdüyü bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün N saylı hərbi hissədə qeydə alınıb.

Qeyd edilir ki, hərbi hissənin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.
XS
SM
MD
LG