Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:09

«Texnikabank» rəhbərliyinin işi Bakı Ağır Cinayətlər Məhkəməsində


«Texnikabank»ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədən Lent.az-a bildirlib ki, cinayət işinin materialları və ittiham aktı Baş Prokurorluqda baxıldıqdan və təsdiqləndikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşlə bağlı hələlik hakim bölgüsü olmayıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.

Təqsirləndirilənlərdən E. Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG