Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Türkan qəsəbəsində 3 qardaş güllələnib


Bakının Türkan qəsəbəsində üç qardaş güllələnib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Türkan qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları Elman, Taleh və Bəhruz Zeynalov qardaşlarını güllələyib.

Nəticədə Elman və Taleh aldıqları güllə yarasından ölüb, Bəhruz Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Amma az sonra o da keçinib.

Hadisəni törədən Cabbar İbrahimov saxlanılıb.

İnsidentə səbəb qonşular arasındakı torpaq mübahisəsi olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG