Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39
Suriya prezidenti Bashar Assad Britaniyanın “Sunday Times” qəzetinə müsahibəsində istefa vermək və ya ölkədən getmək fikrində olmadığını bildirib.

O qeyd edib ki, Suriyada heç bir əsil vətənpərvər öz ölkəsini atmaq barədə düşünmür və
münaqişənin ortasında dövlət başçısı və ya gələcək prezidentdən söhbət gedə bilməz.

Bashar Assad Liviya, Yəmən və Misirdəki hadisələri yada salıb və qeyd edib ki, bu ölkələrdə dövlət başçılarının devrilməsi vətəndaş sülhünə aparmadı.

O həmçinin Böyük Britaniyanın Suriya münaqişəsində rolunu “sadəlöhv və qeyri-real” adlandırıb.
London Avropanın Suriya üsyançılarına silah göndərilməsinə qoyduğu qadağanın ləğvini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG