Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:39

«Naxçıvanda əhali 8754 nəfər artmışdır...»


Foto: Arxiv
Foto: Arxiv

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 1 mart 2013

Həkim briqadası Aşağı Yaycı kəndində olmuşdur

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, oftalmoloq, dermatoloq, LOR həkimləri və laborantlardan ibarət həkim briqadası Şərur rayonunun Aşağı Yaycı kəndində olmuş, uşaqlara tibbi xidmət göstərmişdir. Həmin gün ixtisas həkimləri tərəfindən 83 uşaq tibbi müayinə ilə əhatə olunmuş, 80 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, dispanserizasiya işinin təşkili ilə əlaqədar ambulatoriyanın həkim və tibb bacılarına məsləhətlər verilmişdir. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri tövsiyə edilmiş, xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunmuşlar. Həkim ambulatoriyasının işçilərinə peyvəndlərin təqvim üzrə aparılması və tibbi sənədləşmənin həyata keçirilməsi üçün metodik köməkliklər göstərilmişdir.

2013-cü ilin yanvar ayı üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 134 milyon 198 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar ayı ilə müqayisədə 2.6 faiz çoxdur.

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar ayı ilə müqayisədə 11.6 faiz artaraq 313.8 manata (399.8 ABŞ dollarına) çatmışdır.
2013-cü ilin yanvar ayında muxtar respublikada 6 milyon 406 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 4.6 faiz üstələmişdir. Cari ilin yanvar ayında muxtar respublikada 1.6 min ton ət (diri çəkidə), 1.9 min ton süd, 7 milyon ədədə yaxın yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 7.7 faiz, süd istehsalı 3.6 faiz, yumurta istehsalı 9.3 faiz artmışdır.

1 fevral 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8754 nəfər və ya 2.1 faiz artaraq 427952 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar ayında 889 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 nəfər çoxdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Qardaşlaşan muxtariyyətlər: Naxçıvan və Acarıstan
- Mülki müdafiə işinin təşkili diqqət mərkəzindədir
- «Qara Qarayev-95» adlı hesabat konserti
XS
SM
MD
LG