Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24
ABŞ prezidenti Barack Obama xəbərdarlıq edib ki, martın 1-də mexaniki qüvvəyə minən büdcə ixtisarı ağrılı olacaq.
O cümə günü Konqresin liderləri ilə bunun fəsadlarını müzakirə edib.

Oktyabrın 1-dək 85 milyard dollara qənaət edilməlidir ki, bu dövlət idarələrində 5, Pentaqonda isə 8 faiz ixtisar deməkdir.

Qərar ona görə qüvvəyə minib ki, demokratlarla respublikaçılar büdcə kəsirinin azaldılmasında razılığa gələ bilməyiblər.

Hazırda ABŞ-da 11 trilyon 700 milyard dollar büdcə kəsiri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG