Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Rusiya ABŞ-dan istintaq materialları istəyib


Maksim Kuzmin
Maksim Kuzmin
Rusiyanın istintaq komitəsi ABŞ-dan bu ölkədə övladlığa götürülmüş 3 yaşlı Maksim Kuzminin ölümü ilə bağlı istintaq materialları istəyib.

Bu barədə komitənin nümayəndəsi Vladimir Markin məlumat verib.

Prezidentin yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Pavel Astakhov bundan əvvəl Xarici işlər nazirliyi, Baş prokurorluq və İstintaq komitəsini ABŞ-a bununla bağlı rəsmi sorğu göndrməyə çağırmışdı.

Texas hakimiyyətinin bu gün yaydığı ekspertiza nəticələrinə görə uşaq küt alətdən aldığı daxili zədə nəticəsində damar partlamasından ölüb.
Və qeyd edilir ki, uşaq özü-özünə xəsarət yetirib.

İstintaq uşağı övladlığa götürən valideyinlərə qarşı ittiham irıli sürülməsinin mümkünlüyünü istisna eləmir.
Onlar valideyin kimi vəzifəlrini düzgün yerinə yetirməməkdə ittiham oluna bilərlər.
XS
SM
MD
LG