Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:07

8 Martda Türkmənistan prezidenti qadınlara pul verəcək


-
Martın 8-də Beynəlxalq Qadınlar Günü münasibətilə Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov ölkədəki qadınlara 40 TMT (təxminən 11 AZN) pul verəcək.

«Ria Novosti»nin Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, pul hədiyyəsi yaşından, işləyib-işləməməyindən asılı olmayaraq bütün qadınlara veriləcək.

Qadınlar Günündə pul hədiyyəsi vermək ənənəsi Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov tərəfindən qoyulub. Amma o, 8 Martı Novruz bayramı ilə birlikdə qeyd etdirirdi.

2008-ci ildən Türkmənistanda Qadınlar Günü yenidən martın 8-də qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG