Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41
-
Fevralın 27-də saxlanan AXCP fəalı Natiq Ədilovun qardaşı - Sabirabad rayon Xəlfəli kənd sakini Murad Ədilov buraxılıb.

Natiq Ədilovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Sabirabad rayon Məhkəməsi onun qardaşının polisə müqavimət göstərməsini əsas gətirərək, 2 sutka inzibati həbs cəzası vermişdi.

Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Elnur Əliyev isə apa-ya bildirib ki, Taleh Qurbanov Murad Ədilovun vasitəçiliyi ilə Səbuhi Nadirova 35 manata bir kibrit qutusunda marixuananı satıbmış. Taleh Qurbanov və Səbuhi Nadirov şübhəli şəxs qismində tutulub. Onların barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Səbuhi Nadirov da AXCP fəalı Natiq Ədilovun qohumudur.

Natiq Ədilov bu hadisələri özünün siyasi fəaliyyəti ilə əlaqələndirir:

«Əsas təzyiqlər Media TV-dəki çıxışlarımdan sonra başlayıb. Martın 3-də bizim rayonda növbəti müşavirəmiz olacaq. Məqsəd bunun qarşısını almaq, siyasi fəaliyyətimizə mane olmaqdır».
XS
SM
MD
LG