Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:27

İsmayıllıda həbs olunanlara təzyiqlər edildiyi deyilir


İsmayıllı, 25 yanvar 2013
İsmayıllı, 25 yanvar 2013
-
İsmayıllı hadisələri zamanı həbs olunanlara psixoloji təzyiqlər edilir.

Bu barədə AzadlıqRadiosuna saxlananların qohumları məlumat verib.

Adlarının çəkilməsini istəməyən qohumların deməsinə görə, təzyiqlə həbsdəkilərdən İsmayıllı hadisələrini müxalif qüvvələrin təşkil etdiyi barədə izahat almaq istəyirlər.

Bu ilin yanvar ayında İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə keçirilən aksiyalar zamanı 16 nəfər tutulub. Onlar Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhv etmə), 233 (kütləvi iğtişaşlar təşkil etmə və iştirak etmə) və 315.2 (polisə müqavimət) maddələri ilə ittiham olunur.

Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
XS
SM
MD
LG