Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37
-
Naxçıvanlı işadamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov haqqında çıxarılan məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

Bu barədə vəkil Xalid Bağırov bildirib.

Fevralın 13-də Sədərək rayon Məhkəməsi Məhəmməd Qurbanovu 4, Nadir Məmmədovu 5 il müddətinə azadlıqdan məhrum edib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə), 221-ci (xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

Məhəmməd Qurbanov keçən il noyabrın 8-də Türkiyədən ərzaq məhsulları gətirmək istərkən Sədərək gömrükçüləri həmin malı buraxmaq istəməmişdilər.

Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur.
XS
SM
MD
LG