Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:00
-
Hacıqabulun Qızılburun kəndinin sakinləri kəndin magistral yola çıxışının bağlanmasına etiraz olaraq aksiya keçirir.

Kənd sakini Rəşad Eyvazov AzadlıqRadiosuna bildirib ki, 200-300 nəfər Bakı-Qazax yolunu bağlamaq istəyərkən, icra başçısının müavini Sahib Aslanov və polis şöbəsinin rəisi kəndə gəlib:

«Kəndimizin qarşısından Bakı-Qazax magistralı keçir, amma bizim kənddən ora çıxış yoxdur. Biz Bakıya gələndə, o yola çıxıb ordan gələ bilmirik, deyirlər alternativ yollardan istifadə edin. Buna etiraz olaraq da yolu bağlamaq istəyirdik. İndi rəsmilər gəlib 5-10 nəfər ağsaqqalı və gənci aparıblar məktəbə, içəridə söhbət edirlər. Görək nə olacaq».

Kənd sakinlərinin dediyinə görə, danışıqlardan sonra da kənddən magistrala çıxmağa icazə verilməsə, yolu bağlayacaqlar.
XS
SM
MD
LG