Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:10

Vəkil Gülər Əhmədovanın sağlıq durumundan narahatdır


-
«Gülər Əhmədovanın səhhəti normal deyil».

Bu barədə AzadlıqRadiosuna onun vəkili Eldar Qədimov məlumat verib.

Martın 1-də Gülər Əhmədova ilə görüşdüyünü deyən vəkil eks-deputatın səhhətinin yaxşı olmadığını bildirib:

«İnternetdə yayılan rolikə görə adamın içəri salınmasını indiyədək görməmişdik. Əhvalı pis gündədir, ürəyi ağrıyır, böyrəkləri ağrıyır, səhhətindən şikayətçidir. Hələ ki yaxınları ilə görüşüb-görüşmədiyindən xəbərim yoxdur. Amma əsas narahatlığı isə 8 yaşlı oğlundandır. Azyaşlı oğlu qohumları ilə qalır».

Fevralın 13-də Səbail rayon Məhkəməsi Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə ittiham olunur.

Rəsmi ittiham aktına əsasən, G.Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, Onun 1 milyon ABŞ dollarını ələ keçirib. 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə qalmasına şərait yaradıb.

Cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat edib.
XS
SM
MD
LG