Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:31

Başqasının əmlakı ilə ödənən cərimə


Ülvi Həsənli
Ülvi Həsənli
-
Martın 1-də Nizami rayon Məhkəməsi Azad Gənclik Təşkilatının rəhbəri Ülvi Həsənlinin icra məmurları tərəfindən müsadirə olunmuş əmlakının üzərinə həbs qoyulması barədə qərar qəbul edib.

Bu haqda AzadlıqRadiosuna Ülvi Həsənlinin vəkili İntiqam Əliyev məlumat verib:

«Məhkəmədə Nizami rayon İcra Şöbəsinin təqdimatına baxıldı. IREX-ə məxsus kompyuter və Ü.Həsənlinin tanışına məxsus telefonun üzərinə həbs qoyuldu. Qərar açıq-aşkar qanunsuzdur. Biz məhkəməyə kompyuterin beynəlxalq təşkilat IREX-ə məxsus olması, telefonun isə Ü.Həsənliyə aid olmaması ilə bağlı sənəd təqdim etdik. Əsas arqumentlərimiz «Məhkəmə Qərarlarının İcrası haqqında» Qanunun 49-cu maddəsi idi. Qanunvericilik peşə fəaliyyəti ilə bağlı istifadəyə verilən əmlakın üzərinə həbs qoyulmasını qadağan edir. Ancaq heç bir arqumentin qərara təsiri olmadı».

«MƏHKƏMƏNİN EYNİMƏZMUNLU İŞ ÜZRƏ FƏRQLİ QƏRAR QƏBUL ETMƏSİ ANORMALDIR»

İ.Əliyev bu qərarın Tural Abbaslının oxşar işi üzrə məhkəmə prosesində qəbul edilən qərara zidd olduğunu deyir:

«Müəyyənlik prinsipinə görə, məhkəmənin eyniməzmunlu iş üzrə fərqli qərar qəbul etməsi anormaldır. Bu qərar bir daha Azərbaycan məhkəmə sisteminin sifarişlə işlədiyini göstərdi».

Ülvi Həsənli yanvarın 12-də paytaxtda keçirilən «Əsgər ölümlərinə son» aksiyasında saxlanıb. Məhkəmə onun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirərək, 600 manat cərimə kəsib. Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin Nizami rayon şöbəsinin əməkdaşları məcburi icraatın başlanması haqda qərar çıxararaq. Ü.Həsənlinin üzərində olan IREX-ə məxsus «hp» markalı kompyuteri və Ü.Həsənlinin tanışına məxsus «Blackberry» telefonunu müsadirə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG