Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

Chavez-in vəziyyəti ağırlaşıb


Venesuelanın vitse-prezidenti Nicolas Maduro bildirib ki, president Hugo Chavez-in vəziyyəti ağırlaşıb. Fevralın 28-də dövlət televiziyası ilə çıxışında vitse-prezident xərçəngdən 4 dəfə əməliyyat olunmuş Chavez-in durumunun çox mürəkkəb olduğunu deyib:

- Hamımız bilirik ki, o öz sağlamlığının qayğısına niyə qala bilmirdi. Çünki o, öz bədənini, ruhunu unudub hər şeyini xalqa həsr etmişdi. İş yerləri, həyat, evlə təminat, ərzaq, təhsil, səhiyyə onu özünə diqqət yetirməyə qoymayıb. Bu həqiqətdir.

Kubada 4-cü dəfə əməliyyat olunan Chavez fevralın 18-də Venesuelaya dönüb.

58 yaşlı Hugo Chavez 2011-ci ilin iyunundan müalicə edilirdi. Sonradan onun xərçəngdən əziyyət çəkdiyi elan edilib.

14 ildir Venesuelaya rəhbərlik edən Chavez keçən ilin oktyabrında daha bir 6 illiyə president seçilib. Amma səhhətinə görə növbəti dövr üçün hələlik andiçmə mərasimi baş tutumayıb.
XS
SM
MD
LG