Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Yetimlərin öz mənzili olacaq


-
Azərbaycanda 18 yaşını tamam etmiş valideynini itirən, yaxud valideyn himayəsindən məhrum olan uşaqlar dövlət tərəfindən mənzillə təmin olunacaq.

Milli Məclisin Sosial siyasət komitəsindən apa-ya verilən məlumata görə, bununla əlaqədar «Valideynlərini itirmiş uşaqların sosial müdafiəsi haqqında» qanuna əlavə və dəyişikliklər olacaq.

Qanuna əlavə və dəyişikliklər ediləndən sonra dövlət vəsaiti hesabına yataqxana tipli yaşayış binaları tikiləcək. Artıq kimsəsiz uşaqlar yalnız 18 yaşına qədər deyil, 18 yaşdan sonra da evlə təmin olunacaq. Evlə təmin olunan zaman hətta onların ailə qurub-qurmaması da nəzərə alınacaq. Belə ki, ailə quran valideynsiz böyüyən gənclər ailəlilər üçün nəzərdə tutulan mənzillə təmin olunacaq.

Layihənin bu ilin sonuna qədər Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
XS
SM
MD
LG