Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:34

Gürcüstanın Xarici İşlər naziri Moskva ilə danışıqlara ümidlidir




Gürcüstanın Xarici İşlər naziri Maja Panjikidze cümə günü bildirib ki, Moskva ilə münasibətlərin normallaşdırılmasına dair danışıqların növbəti raundunun daha məhsuldar olacağına ümid edir.

Gürcüstanın Rusiya ilə münasibətlərə dair xüsusi təmsilçisi Zurab Abashidze ilə Rusiya Xarici İşlər nazirinin müavini Grigory Karasin arasında müzakirələr martın 1-də praqada keçirilir.

Müzakirələrin ilk raundu keçən ilin dekabrında Cenevrdə olmuşdu.

2008-ci ildə aralarında qısamüddətli müharibədən sonra gürcüstanla Rusiya arasında diplomatic əlaqələr kəsilib. Moskva Tbilisini separatçı Cənubi osetiya və Abxaziyaya hücumda günahlandırıb. Həmin müharibənin sonunda Rusiya gürcüstanın separatçı bölgələrini müstəqil dövlət kimi tanıyıb.

Karasin praqa danışıqlarında əvvəl deyib ki, Cənubi osetiya və Abxaziya məsələləri müzakirə mövzusu deyil.
XS
SM
MD
LG