Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:37

Erdogan sionizm açıqlamalarına görə tənqid edilir



ABŞ Dövlət katibi John Kerry Türkiyənin baş naziri Recep Tayyip Erdoğan-ın sionizmlə bağlı çıxışından narahatlıq ifadə edəcək. Cümə günü Romadan Ankaraya səfər edən Kerry-nin təyyarəsindən olan rəsmilərdən biri deyib ki, Türkiyə baş nazirinin bu çıxışı təhqirdir.

Bugünlər Vyanda BMT-nin təşkil etdiyi toplantıda çıxışında baş nazir Erdoğan bildirib ki, "islamafobiya da sionizm, anti-semitizm və faşizm kimi insanlıq əleyhinə cinayət kimi nəzərdən keçirilməlidir".

İsrailin baş naziri Benjamin Netanyahu da Erdoğan-ın bu çıxışını tənqid edib.

Ağ Ev xüsusi bəyanat yayaraq Türkiyə baş nazirinin həmin çıxışını pisləyib.

BMT-nin baş katibi Ban Ki-Moon isə Erdoğanın həmin sözlərini “təəssüfedici, bölücü” ifadələr adlandırıb.

Sionizm yəhudi millətçiliyi kimi izah edilir.

Türkiyə uzun illər müsəlman dünyasında İsrailin nadir müttəfiqlərindən olub. Amma bir neçə il əvvəl Türkiyədən Fələstinə yardım aparan gəmilərə İsrail əsgərlərinin hücumundan sonra onların münasibətləri korlanıb.
XS
SM
MD
LG