Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:28

11 yaşlı Əlinin adı Rusiyanın qızıl fonduna düşüb


-

Rusiyada yaşayan vokal və skripka ifaçısı, 11 yaşlı Əli Muradovun ifası bu ölkənin qızıl fonduna daxil edilib.
Xəbəri Mədəniyyət və Turizm İdarəsinin saytı yayıb.
Xəbərdə bildirilir ki, Əli indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə Qızıl fonda düşüb.
Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.
Əlinin adı əlaçı şagirdlərin daxil edildiyi “Medalist”lər qrupuna da salınıb.
Bu münasibətilə təntənəli andiçmə mərasimi keçirilib, Əliyə xüsusi medal verilib.
Xatırladaq ki, Əli Rusiyanın Novosibirsk şəhərində yaşayır.
O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib.
Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərə, konsert proqramlarına qatılıb.
11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb.
Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq festivalda I dərəcəli laureat diplomu ilə təltif olunub.
Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG