Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:22

Mikheil Saakashvili Azərbaycan və Gürcüstana Rusiyadan təhlükə barədə xəbərdarlıq edib


Mikheil Saakashvili
Mikheil Saakashvili
-

Gürcüstanın prezidenti Mikheil Saakashvili Rusiyanın Azərbaycanda dövlət çevrilişi, onun ölkəsinin isə muxtariyyatlara parçalanması ssenariləri hazırladığını deyib. Azərbaycana səfərdən dönən president Tbilisidə hava limanında jurnalistlərə Rusiyadan gələn təhlükələri bu cür izah edib:

- Rusiyada bir neçə milyarderin qatıldığı bir diaspora qurumu yaradılıb. Onlar keçən ilin oktyabrında Gürcüstanda keçirilən seçkidə olduğu kimi təxribatlar, Rusiya kapitalı, pul, qarayaxmalarla indi də Azərbaycanda keçirilən seçkidə president İlham Əliyevə qarşı mübarizə aparmağı planlaşdırırlar.

Yeni diaspora qurumunun lideri olan Gürcüstanda doğulmuş Sadıqov həmçinin bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların muxtariyyat əldə etmələri üçün mübarizə aparacaq.

Bundan əlavə, bir qədər əvvəl amnistiya qərarı ilə azadlığa buraxılan Chakhalian uzun illərdir Cavaxetiyaya muxtariyyat tələb edir. O bir neçə gün əvvəl bizim hökumətin dəstəyi ilə Radisson otelində keçirdiyi mətbuat konfransında mənim həbsimi də tələb edib.

Bütün bunlar 1990-cı illərin hadisələrini xatırladır.

Keçən ilin sonlarında Moskvada yaradılan Ümumrusiya Azərbaycanlıları Təşkilatları İttifaqı Bakıda siyasi hakimiyyət təmsilçilərinin ciddi narazılıqları ilə qarşılanıb. Bakıda bəzi müstəqil ekspertlər də qurumun Azərbaycanda siyasi hakimiyyətin dəyişidirilməsi üçün yaradıldığını deyirlər.

Amma təşkilatın təmsilçiləri Azərbaycanda siyasi hakimiyyət işləri ilə deyil, Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həlli ilə məşğul olacaqlarını deyirlər.

Quruma əsasən Rusiyada yaşayan imkanlı azərbaycanlılar daxil olduğundan mediada onu həm də “Milyarderlər ittifaqı” kimi təqdim edirlər.
XS
SM
MD
LG