Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:00

İ. Əliyev: «Azərbaycanda turizm üçün müxtəlif imkanlar var»


-

Martın 1-də dərc olunan qəzetlər müxtəlif mövzularda yazıblar. Mətbuatın icmalını təqdim edirik:

SAAKASHVİLİ, YOXSA İVANISHVİLİ?

“Azadlıq” qəzeti yazır ki, “Gürcüstanda hökumət böhranı yaşanan bir dövrdə baş nazir İvanishvilidən bir müddət sonra prezident Mixail Saakashvilinin də Azərbaycana səfər etməsi hər iki şəxsin müəyyən dəstək almaq niyyətində olduğunu deməyə əsas verir”.
M. Saakashvili və İlham Əliyev Bakıda görüşərkən
M. Saakashvili və İlham Əliyev Bakıda görüşərkən
Məsləyə münasibət bildirən politoloq Razı Nurullayev hesab edir ki, Saakashvilinin Azərbaycana səfəri iki ölkə arasına münasibətlərin möhkəmləndirilməsində müəyyən rol oynaya bilər. Ancaq Gürcüstan prezidentinə yardım edə bilməz. Çünki onun hakimiyyətdən getməsinə az qalıb:
“İvanishvili hökuməti Saakashvilinin hüquqlarını günü-gündən məhdudlaşdırır. Belə vəziyyətdə Saakashvilinin Azərbaycanda yüksək səviyyədə qarşılanması ona dəstək kimi başa düşülür”. Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov isə Saakashvilinin hakimiyyətini başa vurmaq üzrə olduğunu, Azərbaycan dövlətinin, bu reallıqla barışmalı olduğunu deyib.
İNSAN HAQLARININ DURUMU MÜZAKİRƏ OLUNUB
“Bizim Yol” qəzeti ABŞ səfirinin müxalifət liderləri ilə qapalı görüş keçirdiyini xəbərləyir.
Qəzet yazır ki, “Dünən ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar səfirliyin binasında müxalifət liderlərini qəbul edib. Görüşdə Azərbaycanın insan haqları, korrupsiya, həbsdə olan siyasi partiya funksionerləri, iqtidar-müxalifət münasibətləri, prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”.
BU DƏFƏ TQDK İLƏ TƏHSİL İDARƏSİ
“Yeni Müsavat” qəzeti TQDK ilə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) arasında qalmaqalın böyüdüyünü yazıb.
TQDK-nın mətbuat xidmətinin rəhbəri E. Nağızadə
TQDK-nın mətbuat xidmətinin rəhbəri E. Nağızadə
Qəzet qeyd edib ki, “Təhsil İdarəsi” rəsmisinin qəbul imtahanlarının çətinliyi səbəbindən repetitorluğun inkişaf etməsi barədə dediklərini TQDK-nın mətbuat xidmətinin rəhbəri E. Nağızadə doğru saymır: “İndi birinci sinif şagirdləri də repetitor yanına gedirlər. Onlar da qəbul imtahanına hazırlaşır?”.
BŞTİ-nin müdir müavini isə qəbul imtahanlarının repetitorluğa geniş təkan verdiyi fikrindədir: “Bütün valideynlər övladlarını repetitor yanına göndərirlər ki, qəbul imtahanının öhdəsindən gəlsinlər və yüksək bal toplaya bilsinlər. Qəbul imtahanının ağırlığı repetitorluğa ehtiyac yaradır”.
QƏBƏLƏDƏ MƏDƏNİYYƏT MƏRKƏZİ AÇILIB...
“Azərbaycan” qəzeti prezidentin Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak etdiyini xəbərləyib:
“Mərasimdə iştirak edən prezident Qəbələdə bu cür mərkəzin tikilməsinə ehtiyac olduğunu deyib. O, Qəbələdə turizm infrastrukturu, dağ xizəyi mərkəzi yaradıldığını deyib: “Azərbaycanda turizm üçün müxtəlif imkanlar vardır. Xəzər dənizi – meşələr, dağlar. Ancaq heç vaxt dağ xizəyi mərkəzləri olmamışdır. Qonşu ölkələrdə olub, ancaq bizdə yox. Ancaq bizim təbii şəraitimiz, iqlimimiz buna imkan verir””.
“YENİ AZƏRBAYCAN” ƏLİ KƏRİMLİ HAQDA YAZIR
“Yeni Azərbaycan” qəzeti “Antimilli və dağıdıcı ünsürlərə Azərbaycan cəmiyyətində yer yoxdur”, - deyir. Qəzet, İnsanların AXCP-nin və onun rəhbəri Əli Kərimlinin Saatlının Musalı kənd qəbristanlığında rəvac verdikləri vandalizm hərəkətinin ermənilik kimi qiymətləndirdiyini yazıb:
“Kiməsə sirr deyil ki, dağıdıcı müxalifət düşərgəsinin fəaliyyəti bütünlükdə Azərbaycanın milli maraqlarına qarşı yönəlib. Xalqımız dəfələrlə bu düşərgədə cəm olaraq partiyaların təmsilçilərinin Azərbaycanın uğurlarına, gündən-günə artan nüfuzuna kölgə salmaq cəhdələrinin şahidi olub. Onlar məhdud korporativ maraqlarını təmin etmək, siyasi ambissiyalarını reallaşdırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG