Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:07

Media eksperti: «Repə görə adam tutmazlar»


-

internet

Facebook-dan birbaşa şərh yaz

Repçilər arasında “Dado” ləqəbi ilə tanınan məşhur repçi Səid Əliyev saxlanılıb.

Səid qardaşı Əliyə zəng edərək bildirib ki, saxlanılmağına səbəb onun ifa etdiyi “Dado YPX” adlı musiqi ilə bağlıdır. Polislər ona 10 gün müddətində bu mahnının internetdən silinməsi tapşırığını veriblər.
Reperin saxlanılmağına səbəb repidirmi? Repə görə həbs edilmə mümkündürmü?

Bundan əlavə AzadlıqFM-də «İnternetin tənzimlənməsi, yoxsa senzura?» mövzusu müzakirə edilib.
Son zamanlar internetin tənzimlənməsiylə bağlı müzakirələr qızışıb. Bunu təhlükəsizlik kimi qiymətləndirənlər kim, senzura hesab edənlər kim.
İnternetin tənzimlənməsinə ehtiyac varmı? Bu sahədə qanun qəbul edilə bilərmi?
Hüquqşünaslar, millət vəkilləri, onlayn media nümayəndələri, internet istifadəçiləriylə müzakirə etmişik:


Media eksperti Ələsgər Məmmədlisə «İnternetin tənzimlənməsi, yoxsa senzura?» mövzusundan danışıb:
- İnternet qanunla tənzimlənib. İnternet KİV vasitəsidir. KİV haqqında qanunun 19-cu maddəsinə görə, internetə 4 qurum nəzarət edir. Ölkə başçısı tez-tez deyirdi, Azərbaycanda internet azaddır. Amma bugün görürük ki, Youtube-da bir repçinin ifasına görə polis tərəfindən saxlanılıb. Bu da ifadə azadlığının məhdudlaşdırılmasıdır.
- XXI əsrdə internetə qadağa qoymaq mümkünsüzdür. Qadağan edilmiş saytları filter edən əlavə saytlar da. Qadağan əvəzinə maarifləndirmə aparmaq lazımdır. Qadağalar hər zaman maraqlı olur.
Yurt TV rəhbəri Rüstəm Əliyev:
- İnternet televiziyanı lisenziyalaşdırmaq nəyə lazımdır? Bunu anlamaq lazımdır. Bütün hallarda internet televiziyanı, interneti məhdudlaşdırmaq mümkünsüzdür.

AzadlıqFM-də əsgər ölümləriylə aksiyanın təşkilatçıları danışıblar.

“Əsgər ölümlərinə son” aksiyasının təşkilatçısı Bəyim Həsənli:

- Facebook-dan yaradılan aksiyalar daha effektiv olur. Mən əsgər ölümləriylə bağlı aksiyalarda iştirak etmişəm. Budəfəki aksiyada da iştirak etmək niyyətindəyəm. Düşünürəm ki, aksiyaya kifayət qədər çox insan qatılacaq. İnsanlar əsgərlərin naməlum şəraitdə ölməsindən çox narahatdılar. Əgər insanlar gəlib öz etirazlarını, narahatçılıqlarını ifadə etsələr belə hadisələr diqqət mərkəzinə gələcək və həll ediləcək…
- Rəsmi qurumlara inam yoxdur. Hər dəfə əsgər öləndə rəsmi qurumlar fərqli məlumatlar yayırlar…
- Ən yaxşı etiraz forması küçələrə çıxmaqla etirazımızı bildirməkdir. Hələki ən effektiv forma küçə etirazıdır. İnsanlar başa düşməlidir ki, sabah onların övladları, qohumları da hərbi xidmətdə ölə bilər…

Gənc fəal Rəşad Həsənov:
- Əsgər ölüb ya öldürülüb? Fərq etmir. Bütün hallarda məsuliyyət Müdafiə Nazirliyinin üstündədir. Kim cavab verəcək əsgər ölümlərinə? Nə zaman son qoyulacaq əsgər ölümlərinə?

Hərbi ekspert Emin Həsənli:

- Ölən əsgərin valideynlərinə, qohumlarına Allahdan səbr diləyirəm. Amma seçki ilində əsgər ölümlərindən istifadə etməklə etiraz aksiyası keçirmək düzgün deyil.
XS
SM
MD
LG