Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:21

Ankarada Xocalı stendinə hücum edənlər saxlanıb


-
Ankarada Xocalı stendinə ESP, KCK və DHKP üzvləri hücum edib.

Birləşmənin 34 üzvü saxlanıb. Onlara qarşı ittiham irəli sürülüb.

Fevralın 24-də Ankarada Türkiyə parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanıması üçün imzatoplama kampaniyasının keçirildiyi stendə hücum edilmişdi.

Kampaniyanın təşkilatçılarından İsmayıl İpek AzadlıqRadiosuna deyib ki, fevralın 28-də 34 nəfər şübhəli şəxs qismində saxlanılıb:

«Polis bizə hadisənin təhlükəsizlik kameralarındakı görüntülərini göstərdilər. Biz bəzilərini tanıdıq. 34 nəfər saxlanıldı. Onlar ittiham olunaraq sərbəst buraxılıblar».

Ankara Polisindən AzadlıqRadiosuna saxlananların nədə ittiham olunduqları barədə məlumat verilmədi. Bildirildi ki, hazırda araşdırmalar davam etdirilir.

Saxlananlar Türkiyədəki ESP (Ezilenlerin Sosyalist Partisi), DHKP (Devrimci Halk Kurtuluş Partisi) və KCK (Koma Civaken Kurdistan) təşkilatlarının üzvləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG