Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

Sevişirsən, dalaşırsan, ölürsən (Seçmə şeirlərdən)


Aynur Qəniyeva

Aynur Qəniyeva

-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Aynur Qəniyeva


Küçədəki dövlət.

Küçələrdə dövlətin sərt üzü ulayır
İnsanlara sahibsizliyi xatırladır
Sevişirsən, dalaşırsan, ölürsən
Birləşib etiraz edirsən
Ulayan dövlət qarşına çıxıb
başa salır ki,
Heç vaxt ədalət və həqiqət olmayıb
2012-ci ilin qış aylarıdır
Təqvimin özü ədaləti içinə sorur..
Çarələr yox olur problem-problem
Yalan-yalan tükənir həqiqətlər


İmtina.

Yalnızlığın tənhalıq adlı sinonimindən,
Adamların yalquzaq kimi təkliyindən,
Dünəndən, bu günün gələcəyindən
Bütün olacaqların olmazlarından
İmtina etsin İnsanlıq..
Qaçsın qaça bildiyi qədər uzağa
Bu dünyanın,insanların
Tənhalığın parçalanıb cütləşdiyi
İnsanların duyğularını söndürüb,
Ağlının zülmətində sərtləşdiyi,
Bu dünya kimi daşlaşdığı,
Tənhalığın olmadığı xoşbəxt yerə.


Məktub.

Bu günlərdən,bu anlardan sonra
Sabahdan yox o biri sabahdan sonra
Bəlkə olan, ya olmayan
O vaxta, o ana, o olacağa
Özümün olub-olmayacağını bilmədiyim
Bəlkə sakit, bəlkə təlaşlı o zamana
Məktub yazıram..
Məni gözləmə deyirəm
Səni yaşamaq istəmirəm
Tələsmirəm səni yaşamağa
Tələsmirəm qucağına qaçmağa
Mən indini istəyirəm
Yaşamımı dayandırıb
Düşüb həyatımın olmadığı
Sakit kimsəsiz, it ulayan
Heç bir insan nəfəsi olmayan
İzlərin itdiyi yerə getmək
Həyatımda qovulmaq istəyirəm.


İstəmirəm bu həyatı.

İstəmirəm bu həyatı
Nə bu günü, nə sabahı
Gələcəyi,olacağı
Mən özüm öz əllərimlə
Pozuram öz həyatımdan
Öz adımı,yaşamımı, həyatımı
Bu günlərdən, sabahlardan
Mənim ömür kitabımdan
Çıxarıram öz adımı
İstəmirəm bu həyatı.


Qocalmısan.

Güzgüdə görürsən üzün qırışıb
Gözün zəifləyib,saçın ağarıb
Hisslərin korşalıb duyğun dayanıb
Sözlərinsə ölüb ağzında qalıb
Zamanın tükənir vaxtın qutarıb
Bütün ümidlərin sınıb yox olub.
Zamandan çox ürəyin həyəcalanıb
Kədər nə üzündə, nə də gözündə
Xoşbəxt gülüşlərə yer saxlamayıb
Zaman səni gəncliyindən çıxarıb
Atıb orta yaşın dar dəhlizinə
Dərdlərdə sürüyüb zamansız qovub
Qocalıq qapısının önünə qoyub
Ömrün kasıblayıb illər varlanıb
Sən çox qocalmısan vaxt cavanlaşıb.


İtmiş inam...

Zülmətlər fikrimin izin itirir
Yolsuz küçələrdə azmış kimiyəm
Bəzən hisslərimə söz çatdırmıram
Danışa bilmirəm, dinə bilmirəm
İçimin-içində dünyadan çöldə..
Fikirsiz hissimlə mən sürünürəm
Ürəyim ağlımdan irəlidədir
Hissimin-hissini, həyəcanımı,
İnsan övladına sonsuz inamı
Ağlın məntiqində mən itirmişəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG