Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:45

Rəsul Quliyevin qayıdışı müzakirə olunur


Rəsul Quliyev
Rəsul Quliyev
-
«Rəsul Quliyevin vətənə qayıtması, prezident seçkisində iştirak etməsi demokratik seçki mühitinin yaradılmasına, ədalətli seçki yolu ilə legitim hakimiyyətin formalaşmasına pozitiv təsir göstərə bilər».

Fevralın 28-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında «Eks-spiker Rəsul Quliyevin hüquqlarının müdafiəsi» mövzusunda keçirilən dəyirmi masa iştirakçıları bu məzmunda müraciət qəbul edib.

Müraciət BMT-nin İnsan Haqları Komitəsinə, Avropa Birliyinə, ATƏT-ə, Avropa Şurası Parlament Assambleyasına, Avropa İnsan Haqları Ombudsmanına, Azərbaycandakı diplomatik korpuslara ünvanlanıb.

Keçmiş deputat İbrahim İbrahimli deyib ki, «Rəsul Quliyevin hüquqları həm vətəndaş, həm də siyasi lider kimi pozulur. Hamı kimi Rəsul Quliyevin də seçib-seçilmək hüquq var».

Azadlıq Partiyasının sədri Əhməd Orucun fikrincə, «Rəsul Quliyevin qayıtması iqtidar komandasının parçalanması deməkdir. Onun qayıdışı siyasi sistemdə yeni qüvvənin formalaşması, neft imperiyasının sirlərinin açılması deməkdir. Bunlar isə hazırkı iqtidara sərf etmir».

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, Rəsul Quliyevin ölkəyə qayıtması üçün müraciətlərlə yanaşı, imzatoplama kampaniyası da davam edir.

Rəsul Quliyev 1993-1996-cı illərdə Milli Məclisin sədri olub.

1996-cı ildə parlamentin spikeri vəzifəsindən istefaya göndərilib. 17 ildir ABŞ-da yaşayır. Ona qarşı cinayət işi qaldırılıb, barəsində axtarış elan edilib.

O, 2005-ci ildə təsis edilmiş Açıq Cəmiyyət Partiyasının lideridir.
XS
SM
MD
LG