Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:14
Bakıda dövriyyəyə saxta əsginaslar buraxan 4 nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Bu barədə APA agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Yasamal rayon Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı Abşeron sakini Nizami Mahmudov, Bakı sakinləri, Rüstəm Hüseynov, Yusif Həsənov və Səkinə Əliyeva şübhəli şəxs qismində saxlanıblar.

Onların üzərində narkotik vasitə və 10 min manat dəyərində saxta əsginaslar aşkar edilib.

İlkin araşdırmalarda müəyyən edilib ki, onlar narkotik vasitə müqabilində saxta pulları dövriyyəyə buraxırmışlar.
Araşdırma gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG