Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:24

Banqladeşdə baş verən toqquşmalarda azı 20 nəfər ölüb


Banqladeşdə islamçı “Camaati İslami” partiyanın lideri Delwar Hossain Sayedi ölümə məhkum edilib.

O 1971-ci il müstəqillik uğrunda müharibə dövründə hərbi cinayətlər törətməkdə təqsirli bilinib.

Söhbət qətl, qarət, zorlama və hindliləri zorla islamı qəbul etməyə məcbur etməkdən gedir.

Minlərlə nümayişçi Dakkada bu qərarı alqışlayıb.
Eyni zamanda ölkənin müxtəlif şəhərlərində islamçılar ayağa qalxıb və baş verən toqquşmalarda azı 20 adam ölüb.

Banqladeşdə xüsusi hərbi tribunal 2010-cu ildə yaradılıb.

Rəsmi məlumata görə, müstəqillik uğrunda müharibədə 3 milyon adam ölüb.
XS
SM
MD
LG