Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:26

ATƏT-in Bakı ofisi qarşısında etiraz aksiyası keçirilib


ATƏT-in Bakı ofisinin qarşısında Parisdə Azərbaycan diaspor üzvlərinin döyülməsinə etiraz olaraq aksiya keçirilib.

APA-nın məlumatına görə, aksiyanı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təşkil edib.

İttifaqın sədri Şahin İsmayılov Fransada Azərbaycan diaspor üzvlərinin döyülməsi barədə məlumat verib.
Aksiyaçılar “Səsimiz daha da yüksələcək! ”, “Ədalət!”, “Tələbələrimizə qalxan əl bizə qalxıb!” kimi plakatlar qaldırıb, sonda aksiyanın qətnaməsi ATƏT-in Bakı ofisinin nümayəndəsinə təqdim olunub.

Polis aksiyaya müdaxilə etməyib.
XS
SM
MD
LG