Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Azərbaycanda milli qəhrəmanlar haqqında yeni qanun gözlənilir


Azərbaycanda “Milli qəhrəmanlar haqqında” yeni qanun layihəsinin qəbulu gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə “Veteranlar haqqında” qanununa əsasən hazırlanır.

Yeni layihədə Milli Qəhrəman adının hansı meyarlar, şərait və məkana əsasən verilməsi, eyni zamanda bu adı alanlarla bağlı xüsusi mükəlləfiyyətlərin müəyyənləşməsi nəzərdə tutulur.

Qanun layihəsinin hazırlanmasında ABŞ və Avropa təcrübəsindən istifadə olunur. Layihə bu ilin sonuna kimi parlamentin müvafiq komitəsində müzakirəyə çıxarıla bilər.

Yeni qanunla əlaqədar “Veteranlar haqqında” qanunda da dəyişikliklər edilməsi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG