Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

ABŞ Suriya müxalifətinə 60 milyon dollar əlavə yardım verir


ABŞ Dövlət katibi John Kerry Vaşinqtonun ərzaq və tibbi yardım da daxil olmaqla Suriya müxalifətinə təcili yardım göstərəcəyini bəyan edib.

O “Suriyanın dostları” qrupunun Roma görüşündən sonra ölkəsinin Suriya müxalifətinə 60 milyon dollar əlavə yardım ayırdığını bildirib.

Kerry qeyd edib ki, məqsəd prezident Bashar Assadın hakimiyyətdən getməsi üçün ona təzyiq göstərmək və demokratik keçidə yol açmaqdır.

John Kerry görüş ərəfəsində Suriya müxalifətinin lideri Moaz al Khatiblə görüşüb.

Roma görüşündə onlarla ölkə və Suriya müxalifət koalisiyasının nümayəndələri iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG