Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:31

Moskvada Rusiya və Fransa prezidentlərinin görüş olub


Foto arxiv
Foto arxiv
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Francois Hollande arasında görüş olub.

Görüşdə ticarət əlaqələri və beynəlxalq məsələlər müzakirə olunub.

Fransa prezidenti Francois Hollande görüşün əvvəlində iki ölkənin beynəlxalq münaqişələrin həllində rolundan danışıb, Fransanın Maliyə hərbi müdaxiləsini dəstəklədiyinə görə Rusiyaya təşəkkürünü bildirib.

Vladimir Putin isə iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidlə yanaşdığını bildirib.
O qeyd edib ki, ötən il ticarət əlaqələrində baş verən geriliyi aradan qaldırmaq üçün hər iki ölkənin böyük imkanları var.

Fransa prezidenti görüşdən əvvəl bildirib ki, Vladimir Putini Suriya rejimini dəstəkləməkdən imtina etməyə çağırmaq fikrindədir.
XS
SM
MD
LG