Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:49

İlham Əliyev uçan hədəflərə atəş açır


Arxiv foto
Arxiv foto
-

Fevralın 28-də prezident İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində olub. O, burada atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib.

Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərinşaatlayihə» Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Tikintisinə ötən ilin iyun ayında başlanılıb.

25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunub.

Kluba gələnlər atəş zonasına elektromobillərlə daxil olacaq. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar müəyyən edilib. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınacaq. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilib.

PREZİDENT SƏRRAST ATƏŞ AÇIB

President.az saytı yazır ki, İlham Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açıb.

Klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılıb.

Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılıb. Dairəvi və səngər stend atıcılığı meydançalarının və tirlərin avadanlığı Fransadan və İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilib.

Klubda, eyni zamanda, balıqçılıqla maraqlananların da istəkləri nəzərə alınıb.

Ümumilikdə növbəti mərhələdə görüləcək işlər nəticəsində klubun ərazisində 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, səkkiz dairəvi səngər, yeddi meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, istirahət məkanları tam şəkildə istifadəyə veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG