Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

ABŞ səfiri müxalifət liderləri ilə görüşür


Richard Morningstar
Richard Morningstar
-

Fevralın 28-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Azərbaycandakı müxalif siyasi partiya təmsilçiləri və vətəndaş hərəkatı nümayəndələri ilə görüşüb.

Görüşdə AXCP, Müsavat, Ümid, Milli İstiqlal, Liberal partiyaları, ReAL və EL Hərəkatlarının rəsmiləri iştirak edib.

Görüşdə iştirak edən AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, ABŞ səfiri ilə hər ay belə silsilə görüşləri olur:

«İctimai-siyasi vəziyyəti, ölkənin problemlərini, Avroatlantik məkana inteqrasiyanı geniş şəkildə müzakirə edirik. Amma görüş mətbuatın iştirakı olmadan keçir. Ona görə də bütövlükdə müzakirələrin detalları barədə geniş açıqlamaya ehtiyac duymuram».

Əli Kərimli deyir ki, «hər halda ölkənin əsas müxalifət partiyaları ilə vaxtaşırı ölkənin problemlərini, ölkənin inkişafına mane olan halların açıq müzakirə olunmasını faydalı hesab edirəm. Ölkənin gündəmində nə var, hamısını danışırıq. Repressiyalar, son vaxtlar olan siyasi həbslər, sərbəst toplaşma azadlığı ilə bağlı məsələlər, Seçki Məcəlləsinin vəziyyəti, seçki islahatları müzakirə olunur. Seçkilərə 8 aydan da az vaxt qalır. Belə vəziyyətdə ölkədəki durum, ölkədəki artan sosial gərginlik, ondan çıxış yolları, islahatların zəruriliyi, hərtərəfli fikir mübadiləsi olur. Qarşılıqlı şəkildə müzakirə şəraitində bir-birini eşidərək bu müzakirələr aparılır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG