Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Saakashvili: «Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılması çox vacibdir»


«İnqilabi layihə olan Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılması çox vacibdir. Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaq. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır».

Bunu fevralın 27-də Gürcüstan prezidenti Mikheil Saakashvili Bakıda deyib.

Gürcüstan prezidenti deyib ki, «bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər. Ona görə də bu layihənin sual altına alınması bir cinayətdir. Ona görə mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza xəyanət ola bilər. Ona görə də mən şübhə etmirəm ki, bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş yolumuzdur və bu layihə sıx əməkdaşlıq şəraitində başa çatdırılacaq. Bizim tərəfdaşımıza və dostumuz olan Türkiyə də burada mühüm rol oynayır».

Saakashvili layihənin icrasının başa çatdırılacağına şübhə etmədiyini də bildirib.

Bundan əvvəl Gürcüstanın baş naziri B. İvanishvili Bakı-Tbilisi-Qars layihəsinin səmərəliliyini şübhə altına qoymuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG