Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

Gəncədə fayton yollarının bərpasında robotlardan istifadə olunacaq


Gəncədə yol

Gəncədə yol

--
Gəncədə yeraltı fayton yollarının bərpası üçün ABŞ-dan xüsusi robotlar gətiriləcək. Bu barədə AMEA-nın Gəncə Bölməsinin direktor müavini Samir Pişnamazzadə məlumat verib. Onun sözlərinə görə, bununla bağlı ABŞ-ın Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olarkən bildirib:

«O, Gəncədə olarkən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və AMEA-nın Gəncə bölməsinin direktoru Fuad Əliyevlə görüşdü. Görüşlərdə bu məsələ müzakirə edildi. Hazırda bununla bağlı layihə hazırlanıb və qonaq onu Vaşinqtonda müzakirə edərək razılıq aldıqdan sonra yeraltı yolların bərpasında robotlardan istifadə edilməsi bu ilin ortalarında reallaşacaq».

Gəncədə yeraltı fayton yollarının muzey kimi bərpası planlaşdırılır. Artıq şəhərdəki bütün yeraltı yolların xəritəsinin hazırlandığı bildirilir.

S. Pişnamazzadə bildirib ki, bu həm də təhlükəli prosesdir və uçqun kimi təhlükələrin qarşısının alınmasında həmin robotlardan istifadə ediləcək.

Sözü gedən tunellər şəhərin üç istiqamətinə aparır, Yeni Gəncə yaşayış massivini İmamzadə ko
XS
SM
MD
LG