Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:26

Oğrular «Narınqala»nı yarıblar


-

Dərbənddəki «Narınqala» muzeyində oğurluq olub. Dərbənddə yaşayan müstəqil jurnalist Telman Hacəliyevin AzadlıqRadiosunun bölgə müxbirinə verdiyi xəbərə görə, muzeydən antik dövrdən qalmış əşyaların oğurlandığı bildirilir.

Hadisə Fevralın 27-dən 28-nə keçən gecə baş verib.

Oğrular muzeyə pəncərədən keçiblər. Oğurlanan əşyalar arasında qədim xəncərlər, bıçaqlar, tüfənglər və tarixi sənədlər var.

Dərbənd polisi hadisə yerində araşdırma apararkən məlum olub ki, hadisədən əvvəl muzeyin siqnalizasiya sistemi söndürülüb.

Polis muzey oğrularını axtarır.
XS
SM
MD
LG