Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:27

Dövlət qulluğuna qəbul imtahanları regionlarda da keçiriləcək


Yaxın zamanlarda elektron sistemlərdən istifadə edilərək dövlət qulluğuna qəbul imtahanları regionlarda da keçiriləcək.

Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

«Hazırda dövlət qulluğuna qəbul yalnız mərkəzləşdirilmiş qaydada keçirilir. Vətəndaşlar həm test imtahanlarından, həm də müsahibədən keçmək üçün Bakıya gəlməlidirlər. Düşünürük ki, elektron sistemlərdən istifadə edərək bu yaxınlarda regionlarda da belə imtahanlar keçirək. Bizim əsas məqsədlərimizdən biri də ondan ibarətdir ki, qəbul prosesi vətəndaşlar üçün rahat keçsin. Təbii ki, biz bunu obyektivliyi və şəffaflığı qorumaq şərtilə təşkil edirik» komissiya sədri deyib.

Xəlilovun sözlərinə görə, dövlət qulluğuna qəbulun bütün mərhələlərində, xüsusən də müsabiqənin müsahibə mərhələsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə keçirilən son qəbul zamanı müsahibə qruplarına QHT nümayəndələrini də daxil edilib.

«Çünki müsahibə mərhələsi barəsində çox söz-söhbətlər olur. Bu barədə məlumatları olmayanların yanaşmaları düzgün deyil. Namizədin dövlət qulluğuna uyğun olub-olmaması barədə komissiyanın digər üzvləri kimi QHT-lər də qərar verirlər», Xəlilov qeyd edib.

Komissiya sədri bildirib ki, martın sonunda dövlət qulluğuna qəbulla bağlı yeni bir elan da veriləcək.
XS
SM
MD
LG