Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21

Orxan Kərimov barəsində bəraət hökmü çıxarılmasını xahiş edib


Orxan Kərimov

Orxan Kərimov

Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə Orxan Kərimov son söz deyib.
O, bildirib ki, baş vermiş cinayət hadisəsində əli yoxdur.
O. Kərimov məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Proses martın 1-də davam etdiriləcək.

Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub.
İstintaq zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələri ilə ittiham olunurlar.

Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG