Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:57

Richard Morningstar: «Ağ Evin bəyanatı özlüyündə prezidentin bəyanatıdır»


Richard Morningstar
Richard Morningstar
-
«Ağ Evin bəyanatı elə öz-özlüyündə prezident Barack Obama-nın bəyanatı deməkdir».

APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Xocalı soyqırımı ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiya ilə bağlı cavaba münasibət bildirərkən belə deyib.

Səfir qeyd edib ki, günahsız mülki vətəndaşların öldürülməsi qəbuledilməz və faciədir:

«Mən ABŞ-ın Azərbaycana təyin edilmiş səfiri kimi demək istəyirəm ki, Xocalı hadisəsinin azərbaycanlılar üçün necə ağrılı bir məsələ olduğunu bilirəm. Mülki vətəndaşların öldürülməsi dəhşətli bir faciədir. Bu, bir daha Dağlıq Qarabağ məsələsinin həlli üçün lazım olan bütün səylərin vacibliyini ortaya qoyur. Çünki Dağlıq Qarabağ münaqişəsi bütün azərbaycanlılar üçün böyük ağrı-acıya səbəb olub».
XS
SM
MD
LG