Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:49

Bir qrup cinli fəal hakimiyyəti islahatlar aparmağa çağırıb


Çində bir qrup tanınmış alim, jurnalist və fəal hakimiyyəti siyasi islahatlar aparmağa çağırıb.

100-ə yaxın adamın imza atdığı açıq məktub bir neçə yerli sayt və bloqlarda yerləşdirilib.

Məktubun müəllifləri ölkə rəhbərliyini mülki və siyasi hüquqlarla bağlı beynəlxalq paktı ratifikasiya etməyə çağırırlar.
Çin bu sənədi 1998-ci ildə imzalasa da parlament hələ də onu ratifikasiya eləməyib.

Bu son 3 ayda hakimiyyətə 2-ci müraciətdir.

Bir neçə gündən sonra Pekində parlamentin illik sesiyası başlanır.
Kommunist partiyasının yeni lideri Xi Jinping prezident elan ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG